Səfər Mehdiyev Örl Litzenberqerlə görüşdü - FOTO

Bu gün Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 2022-ci ildə İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində Mobil Aşkarlama Avadanlığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ianə edilib. Avtosfer.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Göstərilən yardıma görə təşəkkürünü bildirən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan və ABŞ arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, iki ölkənin gömrük orqanlarının da səmərəli və işgüzar münasibətlərinin bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü islahatların gömrük işinin də çevik, səmərəli və şəffaf şəkildə qurulmasına münbit şərait yaratdığını bildirən Səfər Mehdiyev tətbiq edilən yeniliklər hesabına istər fiskal sahədə, istər hüquqpozmalarla mübarizədə, istərsə də gömrük əməliyyatlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
Azərbaycan gömrüyünün beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini bildirən DGK sədri əməkdaşların potensialının gücləndirilməsi, gömrük sahəsində tətbiq edilən yeni texnologiyaların əldə edilməsi, bilik və bacarıqların mənimsənilməsi, müasir təcrübə və yanaşmaların öyrənilməsi istiqamətində ABŞ tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iki ölkənin gömrük qurumları arasındakı qarşılıqlı əlaqələrin ümumi işə mühüm töhfə verdiyini vurğulayan Komitə sədri əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bu il Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyinin tamam olduğunu qeyd edərək, ötən illər ərzində ölkələrimizin qarşılıqlı əməkdaşlığından məmnunluqla bəhs edib.
Son illər Azərbaycan gömrük xidmətində aparılan islahatların nəticəsini yüksək qiymətləndirən səfir iki il bundan öncə görüşünü xatırlayaraq məhz o dönəmdən bəri gömrük sistemində islahatların davamlı olaraq uğurla həyata keçirildiyini vurğulayıb və qeyd edib ki, gömrük sahəsində əldə etdiyiniz heyranedici nəticələrə görə sizi təbrik edirəm, Azərbaycan gömrük xidməti gördüyü bu işlərə görə qürur duya bilər.
ABŞ-ın Azərbaycanla birgə qanunsuz daşımaların qarşısını alınmasında uzun müddətli əməkdaşlığından da söz açan səfir Örl Litzenberqer bu gün edilən ianənin də münasibətlərin inkişafına, Azərbaycan və ABŞ-ın təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə, eyni zamanda birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda tədbir iştirakçıları ABŞ Dövlət Departamentinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində təqdim etdiyi Mobil Aşkarlama Avadanlığına baxış keçirilib.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ







.jpg)







