Səfər Mehdiyev: Zəngəzur dəhlizinin açılması...

Hazırda yeni açılacaq gömrük məntəqələri beynəlxalq status daşıyan yeni hava limanlarında tikilir. Onların hər birində yeni gömrük məntəqələri, gömrük postları açılacaq.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq burada müasir tələblərə cavab verən təmassız gömrük xidmətləri təşkil ediləcək.
S.Mehdiyev bildirib ki, Azərbaycan gömrük orqanlarının istər cənub, istərsə də şimal istiqamətdə yeni gömrük məntəqələrinin açılması ilə bağlı layihələr həyata keçirir:
“Buna misal olaraq, şimal qapımız Rusiya ilə olan “Xanoba” gömtrük postunun və oradakı ticarəti asanlaşdırılması terrminalının tikinti-quraşdırılması bu il yekunlaşdırılması nəzərdə tutulub. Hesab edirik ki, bu gömrük-keçid məntəqəsinin açılması ilə şimal qapımızda olan idxal və ixrac əməliyyatlarımız, eyni zamanda tranzit potensialımızın qarşılanması istiqamətində nəqliyyat vasitələrinin iki dəfədən çox artıq keşməsini nəzərdə tutan yeni post inşa edilib. Bununla da biz pik zamanlarda nəqliyyat vasitələrinin sıxlığını aradan qaldıracağıq”.
O xatırladıb ki, bu layihə ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq həyata keçirilir: “Gələcəkdə keçid sıxlığı olan digər gömrük məntəqələrinin restrukturizasiyası və ya yeni gömrtük postlarının tikilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, hazırda Qarabağda Zəngilan Beynəlxalq Hava Limanı tikilir, Laçın Beynəlxalq Hava Limanının inşasına başlanılması üçün işlər aparılır, Füzuli Beynəlxalq Hava Limanı isə ötən il istismara verilib.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












