Sərhədlər bu ərazilərdən çəkilir: Ermənistan daha bir neçə istiqamətdə ...

Rusiyanın “Kommersant” qəzeti dünən Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı maraqlı məlumat yayıb.
Yenisabah.az qəzetə istinadən xəbər verir ki, həmin görüşdə Azərbaycan və Ermənistan sərhədlərinin delmitasiya və demarkasiya prosesinə başlamaqla bağlı razılıq əldə olunub.
Həmin razılaşmanın detallarından bəhs edən “Kommersant” yazır ki, sərhədlər hazırda Azərbaycan Ordusu harada dayanıbsa, oradan müəyyən ediləcək. Qəzet iddia edir ki, Ermənistan tərəfi buna etiraz etsə də, Rusiya prezidenti Vladimir Putin onların başqa seçimlərinin olmadığını çatdırıb. Bu o deməkdir ki, Azərbaycan əsgəri hal hazırda hansı mövqedə dayanıbsa, orada da qalacaq və bir addım geri çəkilməyəcək.
Bundan başqa, sərhədlərin müəyyən edilməsində Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahındakı xəritədən istifadə olunacaq. “Kommersant”ın əldə etdiyi məlumatdan belə başa düşülür ki, həmin xəritəyə əsasən Ermənistan daha bir neçə istiqamətdə ərazi güzəşti etmək məcburiyyətində qalacaq. Lakin həmin ərazilərin sərhəddin hansı hissəsini əhatə edəcəyi barədə məlumat əldə etmək mümkün olmayıb.
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı












