Şərqi Zəngəzurdan Naxçıvana yol nə vaxt çəkiləcək? - RƏSMİ

Bu ilin mart ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində iki avtomobil körpüsünün tikintisi nəzərdə tutulub.
Rəqəmsal İnkişaf Nazirliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dörd hərəkət zolaqlı avtomobil körpüləri və piyada keçidləri müvafiq rabitə xətlərinin ötürülməsinə imkan verən qurğular nəzərə alınmaqla layihələndiriləcək.
İlkin mərhələdə İşçi qrupu tərəfindən aşağıdakı məsələlərin müəyyən edilməsi nəzərdə tutulub:
- avtomobil yolu körpülərinin yeri;
- nəqliyyat infrastrukturunun təmin edilməsi üçün lazım olan mühəndislik qurğularının tərtibi;
- köməkçi qurğuların inşası üçün zəruri olan mühəndis qurğularının tərtibi;
- Azərbaycan-İran dövlət sərhədində dövlət sərhədindən buraxılış məntəqələrinin dislokasiya əraziləri;
- Qapalı tikinti sahəsinin hüdudları və bu sahədə işlərin aparılma saatları;
- Qapalı tikinti sahəsinə malların, nəqliyyat vasitələrinin, heyətin, eləcə də tikinti prosesi ilə əlaqədar digər şəxslərin girişi və çıxışı qaydaları;
- və Anlaşma Memorandumunun məqsədləri üçün bütün digər müvafiq məsələlər.
Nazirliyin məlumatına görə, növbəti mərhələdə avtomobil yoluna paralel çəkiləcək dəmir yolunun, eləcə də rabitə və enerji təminatı xətlərinin tikintisinə dair təkliflər hazırlanacaq.
modern.az
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












