Sığortasız əkin sahələrinə subsidiya verilməyəcək VİDEO

Sığortasız əkin sahələri üçün subsidiya almaq mümkün olmayacaq.
Avtosfer.az-ın məlumatına görə, Aqrar Sığorta Fondunun İdarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib ki, 10 hektardan artıq əkin sahələrinə malik olan fermerlər əkin subsidiyası almaqdan ötrü mütləq şəkildə sığortalanmalıdırlar.
Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə - buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalıya şamil edilib.
Firdovsi Ağaşirinov bildirib ki, fermerlərin subsidiyadan kənarda qalmaması üçün bütün addımlar atılır - əkin bəyanları edən fermerlərlə əlaqə saxlanılır və onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir.
Qeyd edək ki, dekabrın 30-da əkin bəyanları başa çatdıqdan sonra həmin vaxtadək sığorta olunmayan sahələr üçün əkin subsidiyası verilməyəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












