"Prado" ilə polisdən qaçmaq istəyən şəxs HƏBS EDİLDİ

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində nəqliyyat vasitəsini çoxavazlı səs siqnalı quraşdıraraq idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən Sabirabad rayon sakini Fərhad Xəlilov idarə etdiyi "Toyota Prado" markalı avtomobillə saxlanılıb.
Saxlanılan zaman sürücü polis əməkdaşlarına müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışıb. Lakin onun bu cəhdinin qarşısı şöbə əməkdaşları tərəfindən alınıb.
Maşına keçirilən baxış zamanı isə əlavə qurğu hesab edilən çoxavazlı səs siqnalı aşkarlanıb.
Sürücü F.Xəlilov barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 15 sutka inzibati qaydada həbs edilib.


Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











