Şıxlinskinin indiyə kimi görmədiyiniz əşyaları - FOTOLENT

Bu gün artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə “Artilleriyanın Allahı” ləqəbi verilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, general-leytenant Əliağa Şıxlinskinin doğum günüdür.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından biri, hərbi nazirin müavini, general Əliağa Şıxlinskinin şəxsi əşyaları qorunur. Əliağa Şıxlinskiyə məxsus portret, fotolar, sənədlər, yəhərüstü, şamdan, külqabı, qayçı, bıçaq, kəmər, şinel, uzunboğaz çəkmə, əsa, yazı ləvazimatı və s. əşyaları tədqiqat üçün əhəmiyyətli sayılır.
Əliağa Şıxlinski 1865-ci il Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirdi. 1914-cü ildə baş verən Birinci Dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi məhz general Əliağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Ə.Şıxlinskiyə “Artilleriyanın allahı” ləqəbini verirlər.1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilir. O, 1918-ci ilin yayında Nuru paşa ilə birgə bolşevik-daşnak hərbi birləşmələrinin məhvində və Bakının azad edilməsində xüsusi rol oynamışdır.
1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə isə vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Ə.Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və görünür, buna görə yeni sovet hökuməti digərlərindən fərqli olaraq ona toxunmadı.
Qeyd edək ki, generala məxsus şəxsi materiallar Muzeyin Hədiyyələr və xatirə əşyaları və Sənədli mənbələr fondlarında qorunur, ekspozisiyada nümayiş olunur.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO























