Siyəzəndə quşçuluq sexlərindən oğurluq edənlər tutuldu - FOTO

Siyəzəndə quşçuluq sexlərindən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən və Beşdam kəndləri ərazisində yerləşən beş quşçuluq sexindən isitmə sobaları, elektrik naqilləri, lampalar və sexlərə məxsus digər avadanlıqları oğurlamaqda şübhəli bilinən üç şəxs saxlanılıb.
Araşdırmalarla onların Siyəzən rayonu Beşdam kənd sakinləri Vüsal Hüseynov, Ziya Məhərrəmzadə və Samir İlyasov olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri silsilə oğurluq hadisələrini etiraf ediblər.
Faktlarla bağlı V.Hüseynov, Z.Məhərrəmzadə və S.İlyasov barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Dəstə üzvlərinin başqa oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












