Sumqayıtda polis əməkdaşları şəhid ailələri və qazilərlə görüşüb - FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar şəhər ərazisində yaşayan şəhid ailələri və qazilərlə görüşüblər.
Avtosfer.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, həmin ailələrin hər birini ziyarət edən polis əməkdaşları onlarla həmsöhbət olub, bayram münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıblar.
Görüşlərdə şəhidlərimizin şücaəti və mərdliyi xatırlanıb, qəhrəman övladlarımızın xatirəsinin xalqımız tərəfindən daima əziz tutulduğu qeyd olunub, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunmasının təşkil etdiyi diqqətə çatdırlıb.
Ümumilikdə şəhər ərazisində 50-dən artıq ailə ziyarət olunub və gətirilən bayram sovqatları onlara təqdim edilib. Onlar da göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO














