Tbilisinin ictimai nəqliyyatında ödəniş sistemi dəyişib

Bu gündən Gürcüstanın paytaxtı Tbilisidə ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün yeni sistemin tətbiqinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, limitsiz abunə sisteminə əsasən, sərnişinlər avtobus, metro və mikroavtobuslarında birdəfəlik gediş üçün 50 tetri əvəzinə 1 lari ödəyəcəklər.
Yeni sistem kanat yollarından istifadə üçün də nəzərdə tutulub.
Abunə kartları yanvarın 5-dən etibarən satışa çıxarılıb və artıq 6 500-ə yaxını alınıb. Hazırda qüvvədə olan gediş kartlarından isə yalnız birdəfəlik gediş üçün istifadə etmək mümkün olacaq.
Limitsiz abunə kartları müxtəlif müddətli - 90 dəqiqəlik (1 lari), 1 günlük (3 lari), həftəlik (20 lari), aylıq (40 lari), 3 aylıq (100 lari), yarım illik (150 lari) və illik (250 lari) olacaq.
Ödəniş sisteminin dəyişdirilməsi Tbilisi sakinləri arasında narazılıq yaradıb. Tbilisililərin fikrinə görə, yeni tarif sistemi işsizlik və aşağı əməkhaqqı şərtlərində əsassızdır.
Şəhər meriyasından isə tənqidlərə cavab olaraq bildirilib ki, yeni sistemin tətbiqinin məqsədi ictimai nəqliyyatın populyarlığının artırılması və onun əlçatanlığının yüksəldilməsindən ibarətdir. Qeyd olunub ki, ictimai nəqliyyatdan istifadə edənlərin 90 %-i üçün gediş haqqı artmayacaq.
Paytaxtın ictimai nəqliyyatında təqaüdçülər, məktəblilər və sosial təminatsız şəxslər üçün güzəştlər qüvvədə saxlanılacaq
Report
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












