“Tərtər işi”nə görə həbs olunan komandir barədə şok faktlar: Arvadının üzünə kislota töküb

“Tərtər işi”nə görə yenidən başlanılan cinayət işi üzrə təqsirli bilinərək həbs olunan hərbçilərdən biri - Fuad Axundov barədə ilginc faktlar ortaya çıxıb.
Bakupost xəbər verir ki, Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilən Axundov Fuad Arazi oğlu vaxtilə öz həyat yoldaşına qarşı insanlığa sığmayan rəftarı ilə gündəmə gəlib.
Belə ki, o, 2018-ci ilin dekabr ayında öz həyat yoldaşının üzünə kislota tökməkdə təqsirləndirilib. F.Axundov həyat yoldaşını başqa kişilərlə intim münasibətdə olaraq ona xəyanət etdiyi üçün cəzalandırdığını bildirib.
Həmin vaxt başladılan məhkəmə prosesində məlum olub ki, F.Axundov Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi hissəsində xidmət edib. Xüsusi Təyinatlılar bölüyünün komandiri olan Fuad Axundov polkovnik-leytenant rütbəsini daşıyıb. O, bir neçə il əvvəl təqaüdə çıxıb, “Aprel döyüşləri”ndən sonra onun müqavilə müddəti artırılıb və Talış kəndi ətrafında cəbhəyə göndərilib. F.Axundov orada batalyon komandiri vəzifəsini icra edib. Ali Komandanlıq Məktəbinin məzunu olub. O, xidmətdə olduğu müddətdə bir neçə dəfə təltif edilib.
Hazırda F.Axunov həyat yoldaşı Xatirə Axundovanın üzünə kislota tökməklə ağır xəsarət yetirməkdə ittiham olunur.
Qeyd edək ki, cütlüyün iki azyaşlı uşağı var.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












