Tovuz sakinindən narkotik və silah aşkarlanıb - FOTO

Tovuz sakinindən narkotik və silah aşkar edilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Tariyel Tağıyev saxlanılıb.
Onun üzərinə və yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin qanunsuz olaraq odlu silah əldə edib saxlaması da məlum olub. Polis əməkdaşları fərdi yaşayış evindən 1 ədəd istifadəyə yararlı “makarov” tipli tapança, həmin tapançaya aid 2 ədəd 9 mm-lik patron və bir ədəd sandıqca aşkar edib.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.




Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












