Türk aviaşirkəti rusiyalı səyahətçilərə fürsət verdi

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” rusiyalı sərnişinlərə rublla bilet almaq fürsətini qaytarıb.
Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) saytında məlumat verilib.
Bildirilir ki, son iki ay ərzində rusiyalı səyahətçilərin bu funksiyadan istifadəsi mümkün deyildi. Hazırda Türkiyəyə səfər etməyi planlaşdıran turistlər aviaşirkətin rəsmi saytında səyahət sənədlərini yenidən “Mir” kartı ilə ödəyə bilərlər və bu halda ödəniş rublla həyata keçiriləcək.
Lakin ATOR ekspertləri həmçinin xatırladıblar ki, Rusiya banklarının buraxdığı “Visa” və “Mastercard” kartları ilə bilet əldə etmək əvvəlki kimi mümkün deyil.
Aprelin əvvəlində xəbər verilmişdi ki, Türkiyə kurortlarına yalnız rus turistlərini daşıyacaq yeni aviaşirkət yaratmağı planlaşdırır. Məlumdur ki, sərnişinləri daşıyacaq şirkət Antalya hava limanında yerləşəcək və onun sərəncamında ikinci dərəcəli sanksiyalara məruz qalmaq riski olmayan təyyarələr olacaq.
oxu.az
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO












