Türkiyə Azərbaycana müdafiə sənayesi məhsullarının ixracını kəskin artırıb

2021-ci ilin ilk dörd ayı ərzində TürkiyəAzərbaycana müdafiə sənayesi və aviasiya məhsullarının ixracını artırıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə “Anadolu” agentliyinin Türkiyə Ticarət Nazirliyi və İxracatçılar Məclisinin göstəricilərinə əsasən yayımladığı xəbərdə qeyd olunub.Bildirilib ki, cari ilin ilk dörd ayı ərzində Türkiyə Azərbaycana 117 milyon 315 min ABŞ dolları dəyərində müdafiə sənayesi məhsullarının satışını həyata keçirib. Ötən ilin müvafiq dövründə bu göstərici cəmi 8 milyon 872 min dollar təşkil edib ki, bu da 13,2dəfə çoxdur.
Yanvar-aprel ayları ərzində Türkiyənin müdafiə sənayesi və aviasiya məhsulları ixracının ümumi dəyəri illik ifadədə 47,7% artaraq 949 milyon 744 min dollar təşkil edib. Hesabat dövründə Türkiyənin bu kateqoriyada ən çox məhsul ixrac etdiyi ölkə ABŞ olub - 386,1 milyon dollar. ABŞ-a ixrac əvvəlki illə müqayisədə 56% artıb. Azərbaycan Türkiyənin ixracında ikinci pillədə qərarlaşıb. Cari ilin ilk dörd ayında Türkiyədən ən çox müdafiə sənayesi və aviasiya məhsulları alan digər ölkələr BƏƏ (90 milyon 299 min dollar), Banqladeş (57 milyon 827 min dollar) və Almaniya (50 milyon 14 min dollar) olub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












