Türkiyə ən çox bu ölkələrə hərbi texnika ixrac edir - Azərbaycan neçənci yerdədir?

Son illər Türkiyənin müdafiə sənayesi sektorunun sürətli inkişafı, ölkənin terrorla mübarizədə və daxili təhlükəsizlik əməliyyatlarında istifadə etdiyi milli silahlar dünyada qardaş ölkədə istehsal olunan hərbi texnikaya marağı artırıb. Belə ki, cari ilin 11 ayında 2 milyard 793 milyon 974 min ABŞ dolları məbləğində gəlirlə Türkiyənin müdafiə və aerokosmik sənayesi yeni ixrac rekorduna imza atıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə İxracat Məclisi (TİM) məlumat yayıb.
Ölkənin müdafiə sənayesi sektorunun milli məhsulların satışından əldə etdiyi gəlir 2018-ci ildə 2 milyard 35 milyon 956 min, 2019-cu ildə isə 34,6 faiz artımla 2 milyard 740 milyon 988 min dollar təşkil edib. Bu rəqəm o dövrdə ölkənin müdafiə və aerokosmik sənayenin ixrac rekordu kimi qeydə alınıb.
COVID-19 pandemiyasının təsiri ilə sektorun ixracat gəliri 2020-ci ildə 16,8 faiz azalaraq 2 milyard 279 milyon 27 min dollar təşkil etsə də, bu rəqəm cari ilin 11 ayında rekordu yeniləyərək 2 milyard 793 milyon 974 min dollar olub.
TİM-in məlumatında bu ilin yanvar-noyabr ayları ərzində Türkiyənin milli hərbi texnikasının ixrac edildiyi ilk 20 ölkənin adı sadalanır. Siyahıda sıralamaya görə ABŞ, Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Ukrayna, Efiopiya, Mərakeş, Fransa, Tunis, Banqladeş, Birləşmiş Krallıq, Hindistan, Türkmənistan, Çin, Özbəkistan, Ruanda, Hollandiya, İordaniya və Kanada yer alır.
Qeyd edilən dövr ərzində əvvəlki illərdə olduğu kimi, 1 milyard 32 milyon 615 min dolarla ABŞ ilk sıradadır. İkinci sırada isə Azərbaycan yer alır. Məlumata əsasən, bu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana 192 milyon 126 min dollarlıq ixracat həyata keçirilib. Üçüncü sırada isə 180 milyon 544 min dollar məbləğində ixracatla Qətər yer alır.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










