Türkiyə Ukraynada “Bayraktar” istehsal edəcək zavod tikəcək

"Türkiyə ilə Ukrayna arasında "Bayraktar” pilotsuz uçuşı aparatının istehsalını nəzərdə tutan zavodun tikilməsi ilə bağlı çərçivə müqaviləsi imzalanacaq”.
Sfera.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznik fevralın 3-də Kiyevdə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müqaviləni bu gün imzalayacaq və sonra ratifikasiya üçün Ali Radaya təqdim ediləcək: "Bu gün çərçivə razılaşmalar da planlaşdırılıb. Dünən hökumətlər Türkiyə və Ukraynanın yüksək hərbi texnologiyalar sahəsində əməkdaşlığına dair razılaşmanın mətnini bəyəniblər”.
Nazir qeyd edib ki, PUA-ların idarə edilməsi üçün təlim mərkəzi yaradılacaq: "Bayraktar” istehsal edən Türkiyə şirkətinin qərarına əsasən, dronların növbəti nəslində Ukraynanın "Motor-Siçi” mühərrikindən istifadə olunacaq”.
Qeyd edək ki, 2021-ci il sentyabrın 29-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müdafiə Nazirliyi ilə Türkiyənin "Bayraktar Savunma” şirkəti arasında memorandumu təsdiqləyib.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












