Türkiyəli idmançılar Azərbaycan bayrağı ilə bəzədilmiş maşınlarla Ermənistan sərhədində

Türkiyədən “Yolumuz qardaşlıqdır” şüarı ilə Naxçıvana gedən off-road idmançıları Ermənistanla sərhəddə yerləşən Batabat yaylasında tədbir keçiriblər. Bu barədə virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyənin Xarici İşlər Nazirliyi və Ordu Valiliyinin himayəsi, Fatsa şəhər bələdiyyəsinin təşkilatçılığı ilə Fatsa Off-Road klubu, Ordu Kano klubu, İğdır Off-Road klubu və Eksi 36 Off-Road klubu Naxçıvanın Şahbuz rayonundakı Batabat yaylasında tədbir keçirmək üçün yola düşüb.
İdmançılar Türkiyə və Azərbaycan bayraqlarının vurulduğu avtomobillərlə çətin qarlı yolları keçəndən sonra 2 min 300 metr yüksəklikdəki yaylaya çatıblar. Türkiyə-Azərbaycan münasibətlərinə töhfə vermək məqsədilə fırtına və güclü qar yağmasına baxmayaraq idmançılar yaylada off-road nümayiş etdiriblər. İdmançılarla birgə Batabat yaylasına gedən Fatsa bələdiyyəsinin sədri İbrahim Etem Kibar bildirib ki, Türkiyədən gələn off-road qrupu və Azərbaycandan qoşulan maşınlarla birgə Batabat yaylasında keçirilən tədbir yüksək coşqu ilə qarşılanıb.
“Azərbaycanın sıfır nöqtəsinə çatdıq, Zorbulaq deyilən bölgədəyik. Burda qarın qalınlığı təxminən 1,5 metrə çatır, hava çox soyuqdur. Təbii, bəzən yollar keçilməz olurdu, problemlərlə rastlaşırdıq, ancaq qrupumuz təcrübəli pilotlardan formalaşıb”, - bələdiyyə sədri deyib. Fatsa Off-Road klubunun rəhbəri Üzeyir Erdoğan isə bildirib ki, həm layihə, həm də tədbir Naxçıvan əhalisi tərəfindən yüksək qiymətləndirilib: “Azərbaycanlı qardaşlarımızla görüşdük, hava çox soyuq olsa da, qardaşlarımızın istiqanlığı bizi də isitdi”.
Virtualaz.org
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










