ÜGT-nin sessiyalarının gündəliyində duran məsələlər müzakirə edilib

Mayın 5-də Ümumdünya Gömrük Təşkilatının rəhbərliyi, Şura sədri və müavinlərinin iştirakı ilə onlayn formatda görüşü keçirilib.
ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə və təşkilatın region üzrə sədr müavinlərinin iştirak etdiyi tədbirdə ÜGT-nin 2021-ci ilin iyun ayında keçiriləcək Siyasi Komissiyasının 84-cü və Şuranın 138-ci sessiyalarının gündəliyi, iclasın formatı barədə müzakirələr aparılıb.
Görüşdə təşkilatın Avropa Regionuna rəhbərlik edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib. İsmayıl Hüseynov ÜGT-nin Avropa Regionu üzv dövlətlərinin gömrük orqanları arasındakı əməkdaşlıq məsələləri və sessiyalara hazırlıq prosesində görülən işlərdən danışıb, eləcə də sessiyaların gündəliyi ilə bağlı fikirlərini bildirib.
Xatırladaq ki, ÜGT-nin Siyasi Komissiyasının 84-cü sessiyası iyunun 21-23, Şuranın 138-ci sessiyası isə iyunun 24-26 tarixlərində onlayn formatda keçiriləcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO














