Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət olundu

Ukrayna Xarici İşlər Nazirliyinə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub.
Avtosfer.az Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, müraciəti Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Lyudmila Marçenko imzalayıb.
Müraciətdə bildirilir ki, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadovun imzası ilə Ali Radaya daxil olan məktubda Xocalı soyqırımının tanınması məsələsi qaldırılıb.
Deputat qeyd edib ki, 30 il əvvəl Xocalıda baş verən hadisələr açıq-aydın soyqırımı əlamətlərini daşıyır. Bununla əlaqədar artıq bir çox ölkənin qanunverici orqanı və beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğu təsdiqlənib. “Xocalı faciəsinin soyqırımı kimi tanınması tarixi ədalətin bərpasına, Ukrayna və Azərbaycan arasında olan dostluq münasibətlərinə töhfə verəcək” – deyə müraciətdə bildirilir.
Lyudmila Marçenko öz deputat səlahiyyətlərindən istifadə edərək, xarici işlər naziri Dmitri Kulebadan soyqırımının tanınması proseduruna başlamağı xahiş edib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Milli Məclisin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində Gəncə və Ağdama da gedən ukraynalı deputatlar səfərin nəticələrinə dair yaydıqları birgə bəyanatda erməni terrorunun nəticələrindən dəhşətə gəldiklərini, dünyanın bu terrorlara biganə qalmamalı olduğunu bildiriblər.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












