Ürək qüsurlu qızın pensiyası niyə kəsildi? - RƏSMİ AÇIQLAMA - VİDEO

Ürək qüsur olan 12 yaşlı qıza pensiya təyin olunub. Lakin əlilliyin yenidən təyinatı üçün müraciət etdikdən sonra, növbəti pensiya verilişi təsdiqlənən vaxta qədər yəni , 4 ay ərzində ona pensiyası ödənişi dayandırılıb. Ağcabədi sakini olan qızcığazın valideynləri həmin müddətə görə də pensiyanın ödənilməsini tələb edirlər. Çünki, maddi durumu o qədər də yaxşı olmayan ailə övladlarının dərmanlarını məhz həmin pulla təmin edirlər. Əməkdaşlarımız məsələni aidiyyatı qurumla da araşdırıb.
Ağcabədi rayonunda məskunlaşan Laçın rayon sakini əlilliyi üçün almadığı bir neçə aylıq pensiyanı tələb edir. 12 yaşlı Aynişanın atası Zamin Hüseynovun sözlərinə görə, onun 12 yaşlı qızı uzun illərdir ki, ürək qüsurludur. Azyaşlı uşaq 2016-cı ildə Heydər Əliyev fondunun dəstəyi ilə əməliyyat olunaraq ürəyinə aparat qoyulub. Bu səbəbdəndə övaldı uzun illərdir ki, 150 manat əlillik pensiyası alır. 2020-ci ilin sentyabrında təkrar müayinədən keçmək üçün həkim yoxlanışında olublar. Həmin vaxtı uşağa verilən pensiya dayandırılıb. 4 aydan sonra həkim komissiyasının qərarı ilə yenidən pensiya təyin edilib. Ancaq komissiyasının baxış müddətində olan bir neçə ay üçün pensiya ödənişi edilmir. Vətəndaş bununla bağlı adiyyatı dövlət orqanlarına da müraciət edib. Ancaq heç bir nəticə olmadığını deyir. Anası bildir ki, aldıq pulu ürək qüsurlu Aynişanın müalicəsi üçün dava dərmana xərcləyirlər. 4 ay üçün alacaqları 600 manat pul ailə üçün çox vacibdir. Məsələylə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən "XəzərXəbər"ə bildirilib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən, şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilirsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşir. Həmin müddət üçün də vətəndaşa əlilliyə görə sosial ödənişlər verilir. Hüseyinova Aynişan Zamin qızına təkrar sağlamlıq imkanları məhdudluq arayışı həmin qanun qüvvəyə mindiyi tarixdən əvvəlki dövrdə təyin edilib. Ona görə də qeyd edilən qanun ona şamil olunmur.
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı










