Vado Korovinin kürəkəni işdən çıxarılıb? - AÇIQLAMA

"İşdən çıxarılmağım, kollektivlə sağollaşmağım barədə xəbərlər doğru deyil".
Avtosfer.az xəbər verir ki, bunu "Bakupost"a "Space"nin icraçı direktoru Nəriman Əbdüləliyev deyib.
"Space" televiziyasının keçmiş direktoru Vado Korovinin kürəkəni olan və bir müddət kanal rəhbəri vəzifəsini icra etmiş N.Əbdüləliyev bu barədə məlumat yayılmamasını xahiş edib:
"Bu barədə heç nə yaymayın. Yoxsa bunu hüquq müstəvisində həll edəcəyəm. Hələ dəqiq heç nə yoxdur. Kanalda qalmağım və ya işdən getməyim barədə ilk məlumatı sizə verəcəyəm".
Qeyd edək ki, sosial şəbəkələrdə Nəriman Əbdüləliyevin "Space" televiziyasındakı vəzifəsindən ayrıldığı, kollektivlə vidalaşdığı barədə məlumatlar paylaşılıb.
Onu da bildirək ki, bir neçə gün əvvəl Ayaz Mustafayev "Space" televiziyasının yeni baş direktoru təyin olunub. O, telekanalın keçmiş rəhbəri Vado Korovinin qızı, Nəriman Əbdüləliyevin həyat yoldaşı Zemfira Korovinanı işdən azad edib.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












