Avtomobili qaçıran şəxs polisin "Saxla" əmrinə tabe olmadı

Abşeron Rayon Polis İdarəsinə aprelin 27-nə keçən gecə Xırdalan şəhəri ərazisindən şəhər sakini S.Mehdiyevə məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata əsasən bildirilir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 9-da saat 2 radələrində Ağdaş rayonu ərazisində hərəkətdə olduğu aşkar edilib. YPX postunda polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmayan sürücü yoluna davam edib, İsmayıllı rayonun Xəlilli kəndi ərazisində avtomobildən düşərək qaçıb.
Görülən tədbirlər nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












