Vətəndaşları saxta xidməti vəsiqə ilə aldadan şəxs saxlanılıb - VİDEO

Son günlər “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinə özünü Birliyin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs barədə müraciətlər daxil olub. O, saxta xidməti vəsiqə ilə mənzillərə və fərdi yaşayış evlərinə yaxınlaşaraq abonentlərə qaz sayğacı və ya sayğacın kartının vaxtının bitməsini bildirib. Onların yenilənməsi üçün vətəndaşlardan 10, 20 və 30 manat məbləğində pul alıb.
Birliyin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək Avtosfer.az-a deyib ki, həmin şəxs ötən il də buna oxşar əməllər törədib: "O, daxil olan müraciət və şikayətlərdən sonra polisə xəbər verilərək saxlanılıb. Rəfail Əsgərov törətdiyi əməldən nəticə çıxarmayaraq yenidən bu yola əl atıb. Birliyin xidmət sahəsinin əməkdaşları tərəfindən Rəfail Əsgərov üzərində Röyal Əsgərov adı yazılan saxta xidməti vəsiqəsi ilə dələduzluq edərkən "iş başında" saxlanılıb və polisə təhvil verilib. O, əsasən paytaxtın Nizami və Nəsimi rayonlarında abonentlərin aldadılması ilə məşğul olub".
“Azəriqaz” İB olaraq abonentlərdən bu cür dələduzluq halları ilə qarşılaşdıqları zaman diqqətli olmaları, “Azəriqaz” İstehsalat Birliyinin 104/185 saylı “Çağrı Mərkəzi”nə və polis orqanlarına məlumat vermələri xahiş olunur", - Birliyin əməkdaşı vurğulayıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












