Vüqar Məmmədov başqa təcridxanaya köçürüləcək - QƏRAR

"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarından məlum olub ki, Vüqar Məmmədov orta təhsillidir. 2004-cü ildə o, dələduzluq maddəsi ilə məhkum olunub.
Dövlət ittihamını prokuror Orxan Kəngərli təmsil edir.
Prosesdə dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunmasını xahiş edib. Zərərçəkmişlərin nümayəndələri dövlət ittihamçısı ilə rasılaşıblar.
Daha sonra vəkil Aqil Layıc təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını deyib. Bildirib ki, hədə-qorxu ilə tələbetmə cinayətlərində hüquqi şəxslər zərərçəkmiş qismində tanına bilməz, yalnız fiziki şəxslər zərərçəkmiş qismində tanına bilərlər. O, cinayət təqibinə xitam verilməsini istəyib.
Bundan başqa, vəkil Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə də vəsatət verib. O, bunu müvəkkilinin ziyalı olması ilə izah edib. Vurğulayıb ki, Vüqar Məmmədovun cinayət işi Prezident Adminstrasiyasının sabiq rəisi Ramiz Mehdiyevin işindən ayrılıb.
Vüqar Məmmədov isə bildirib ki, yaxından-uzaqdan Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur. Dövlət çevrilişi ittihamı ilə saxlanılsa da, sonradan ittihamı dəyişdirilib. O, barəsində olan cinayət təqibinə xitam verilməli olduğunu deyib.
Dövlət ittihamçısı isə vəsatətlərin təmin olunmamasını istəyib.
Hakimlər hazırlıq iclası ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan ediblər.
Müdafiəçi tərəfindən verilən vəsatətlər təmin olunmayıb. Təqsirləndirilən şəxsin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Bakı istintaq təcridxanasına etap olunması barədə qərar qəbul edilib.
Məhkəmə baxışı mayın 18-ə təyin edilib.
Qeyd edək ki, Vüqar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri (təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə ittiham olunur. Bu maddələr üzrə ona 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Vüqar Məmmədov ötən ilin oktyabrın 28-də saxlanılıb.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










