Xaçmazda mağazadan oğurluq etmək istəyənlər tutuldular - FOTO
Xəbərlər
19 Aprel 2021 14:37

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri iş başında saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz rayon sakinləri - Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.
Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər iş başında yaxalanaraq, oğurluq zamanı istifadə etdikləri maddi sübutlarla birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib.
Dindirilmə zamanı Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov törətdikləri cinayət əməlini etiraf ediblər.
Qeyd edilən faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Oxunub : 1022
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












