Xaçmazda “Şaka” ləqəbli narkobaron tutuldu - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.
Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, şöbə əməkdaşları tərəfindən axşam saatlarında keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Şakir Balamətov yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan 685 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı Ş.Balamətov narkotik vasitənin ona məxsus olduğunu və rayon ərazisində satışını həyata keçirdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, Ş.Balamətov Xaçmazda “Şaka” ləqəbi ilə tanınır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












