“Xarıbülbül”dən dünyaya ismarıc - Festivalda verilən vacib mesajlar - VİDEO

May ayının 12-13-də Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib. Cıdır düzündə təşkil olunan konsert proqramı maraqlı çıxışlarla yadda qalıb.
Tədbir, həmçinin bir çox digər maraqlı mesajları ilə də diqqət çəkib. İlk öncə prezident İlham Əliyev çıxışında “Azərbaycandakı etnik azlıqlar” deyil, “Azərbaycanda yaşayan xalqlar” ifadəsini işlətməklə bütün xalqların vahidliyini nümayiş etdirib.
Festival sadəcə bir il öncə Şuşada sərxoşluq edərək yallı gedən Paşinyana cavab deyil, erməni xalqına da ismarıc verib. Bununla, ermənilərə Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə, vahid xalqın bir parçası olaraq görüləcəkləri də göstərilmiş oldu.
Festivalda ermənilərlə yanaşı digər xarici aktorlara da önəmli mesajlar mövcud idi. Festivalın ilk günü təşkil olunan konsert proqramının adı “Azərbaycan musiqisində multikulturalizm” olaraq qeyd olunub. Məhz konsertin adı belə günümüzdə dünyada artan faşizm ideyalarına qarşı cavab xarakterində idi.
Bununla təkcə ərazisində yaşayan xalqlara deyil, bütün dünya xalqlarına eyni mövqedən yanaşan Azərbaycan Respublikası dünyaya multikulturalizmin ən böyük nümunəsini göstərmiş oldu.
Qeyd edək ki, adətən, hökumətlər ərazisində yaşayan digər etnik azlıqlara qarşı təzyiqini mədəniyyət basqısı şəklində nümayiş etdirirlər. Lakin Azərbaycan tam əksini etdi; bütün etnik azlıqların nümayəndələrinə bərabər şəkildə öz milli mədəniyyətlərini dünyaya göstərmək imkanı verdi.
Bununla da, Azərbaycan öz çoxmillətli və Ermənistanın təkmillətli strukturunu müqayisəyə təqdim edərək, ən sadə nümunə ilə həqiqəti gözlər önünə sərdi. Festival həm İkinci Qarabağ Savaşında, həm də sonrakı dövrdə erməniləri “əzilən”, Azərbaycanı “əzən” kimi göstərməyə çalışanlara, özlərini mədəni xalq adlandıranlara kimin kim olduğunu məhz mədəniyyət dili ilə nümayiş etdirdi.
Həmçinin festival təkcə milli deyil dini ayrıseçkiliyin də xalqımıza nə qədər yad olmasının örnəyi idi. Ərazisində yaşayan xalqların əksəriyyətinin İslam dininə mənsub olmasına baxmayaraq, digər dinlərin nümayəndələri olan yəhudilər və ukraynlar da öz folklor nümunələri ilə tədbirdə iştirak etdilər.
Proqramın ən yadda qalan hisslərindən biri isə, talış xalqının nümayəndələri olan nənələrimizin çıxışlarına məşhur “Arazı ayırdılar” bayatısı ilə başlaması oldu.
Bakıda Qələbə paradında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən səsləndirilərkən xalqımızı bir-birinə həsrət qoyanların etirazlarına səbəb olan bayatının bu dəfə Şuşada səsləndirilməsi, cənubda yaşayan soydaşlarımızın heç bir zaman unudulmayacağını da lazımi dairələrin bir daha yadına saldı.
30 ilə yaxın müddətdir əsarətdə olan torpaqlarımızda keçirilən ilk böyük tədbir olan “Xarıbülbül” musiqi festivalı xalqımızın gözündə sevinc göz yaşlarına səbəb olsa da, bir çox xarici qüvvələrin də yaddaşına göz dağı kimi həkk olundu.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












