Xətai sakinləri narahatdır - Evlərinə bitişik bina tikilir? - VİDEO

Xətai rayonu Gəncə prospektində yaşayan bir qrup sakin, binalarının qarşısında yeni binanın tikiləcəyindən narahatdırlar.
Avtosfer.az xəbər verir ki,onların iddiasına görə, ərazidə söküntü işlərini gecə ilə bina tikintisinə başlamaq üçün aparırlar. Məsələ ilə əlaqədar açıqlama verən qurum isə ərazidə bina tikintisinin nəzərdə tutulmadığını deyir. Paytaxtın Xətai rayonu Gəncə prospektində 27-ci binanın sakinləri yaşadıqları ərazidə yeni binanın tikilməsindən narazıdırlar. Onlar deyirlər ki, yaşadıqları binanın qarşısındakı kiçik ərazini abadlaşdıraraq orda bağ salıblar. Lakin son günlər hansısa şirkət tərəfindən ərazidə söküntü işləri aparılır. Onların iddialarına görə, həmin ərazidə bina tikiləcək. Sakinlərin sözlərinə görə, söküntü işlərinin aparıldığı ərazidən keçən yol daimi istifadə etdikləri yol və pilləkənlərdir ki, bunların da sökülməsi hərəkətə çətinlik yaradacaq. Sakinlər illərdir zəhmət çəkib əkdikləri və qulluğunda dayandıqları ağacların kəsiləcəyindən də narahatdırlar. Məsələ ilə əlaqədar 91 saylı mənzil-kommunal istismar sahəsinə getsək də, burdakı nümayəndə bizə sahə rəisinin uzaqda olduğunu və gələ bilməyəcəyini dedi. Xətai Rayon İcra Hakimiyyətindən isə ərazidə tikinti işlərinin aparılacağına dair xəbərlər təkzib olundu. Qurumun şöbə müdiri Pənah İmanov əlavə etdi ki, ümumiyyətlə Gəncə Prospektində abadlıq-quruculuq işlərinin aparılması nəzərdə tutulub.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











