Xeyli miqdarda qızılın ölkədən çıxarılmasının qarşısı alınıb - FOTO

Gömrükçülər külli miqdarda qızıl-zinət əşyalarının qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a verilən xəbərə görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda gəmi nəqliyyat vasitəsi ilə Qazaxıstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının müşayiət olunan əl baqajlarına “X-Ray” rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl baqajında yoxlama aparılıb və çantalardan birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkar edilib.
Keçirilən gömrük baxışı nəticəsində həmin bükülülərdən gömrük orqanına bəyan olunmayan, gömrük nəzarətindən gizlədilən 172,56 qram qızıl-zinət əşyaları - 13 ədəd üzük və 13 cüt sırğa aşkar olunub.
Foto
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA















