Xüsusi təhlükəli infeksiyalarla mübarizəyə dair maarifləndirici təlim keçirilib - FOTO
Xəbərlər
19 Aprel 2022 18:11

Cənub Ərazi Baş Gömrük İdarəsində gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlər çərçivəsində maarifləndirici təlim keçirilib. Təlim Dövlət Gömrük Komitəsinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair təlimat”a əsasən təşkil edilib. İki gün davam edən təlimi Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Sanitar-karantin xidmətinin rəisi Məhərrəm Nəbiyev və Sanitar-karantin xidmətinin həkim-statisti Natiq Zülfüqarov keçiblər.
Təlim zamanı gömrük sərhədində əks-epidemik tədbirlər, fərdi qoruyucu vasitələrdən istifadə qaydaları, xüsusi təhlükəli infeksiyaya yoluxmaya şübhəli bilinən şəxslərin izolyasiyası barədə məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara maarifləndirici çap materialları paylanılıb.
Xatırladaq ki, sözügedən təlimat Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı həyata keçirilən əks-epidemik tədbirləri tənzimləyir. Bu sənəd sanitariya nəzarətini həyata keçirən baş müfəttişlərin xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik fəaliyyətini, o cümlədən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-karantin xidməti tərəfindən bu fəaliyyətin əlaqələndirilməsi istiqamətində zəruri məsələləri də tənzimləyir.
Təlimatda yoluxmaya şübhəli bilinən şəxslərin müəyyən edildiyi zaman görüləcək tədbirlər, təxliyə marşrutu və qurumlararası məlumat mübadiləsi əksini tapıb.
Bu kimi təlimlərin Tibbi Xidmət İdarəsinin təlim-tədris planına əsasən bütün gömrük-sərhəd buraxılış məntəqələrində keçirilməsi planlaşdırılır.
Oxunub : 1980
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
ŞƏRH YAZ















