Yanacağa görə 20 min uçuşu ləğv edirlər

Almaniyanın “Lufthansa” aviaşirkəti artan təyyarə yanacağı qiymətləri fonunda genişmiqyaslı uçuş ixtisarına gedir. Şirkət oktyabr ayına qədər təxminən 20 min qısaməsafəli reysi ləğv edəcəyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, “Lufthansa” Qrupunun yaydığı bəyanatda bildirilir ki, yay aylarında uçuş şəbəkəsi optimallaşdırılacaq və ümumi tutum azaldılacaq.
Məlumata görə, Yaxın Şərqdə baş verən münaqişələr fonunda reaktiv yanacağın qiyməti iki dəfəyədək artıb. Nəticədə cədvəldən çıxarılan 20 min reys təxminən 40 min metrik ton yanacağa qənaət etməyə imkan verəcək.
Şirkət qeyd edib ki, bu addım, əsasən, zərərli qısaməsafəli marşrutların sayını azaltmağa yönəlib. Eyni zamanda, uzunməsafəli uçuşlar və qlobal şəbəkə daha səmərəli şəkildə qorunub saxlanılacaq.
Yeni strategiya çərçivəsində artıq gündəlik təxminən 120 reys ləğv olunub. Qarşıdakı aylarda isə ortamüddətli marşrut planlaşdırılması yenidən nəzərdən keçiriləcək.
Qeyd edək ki, enerji bazarındakı gərginliklə bağlı olaraq, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol da Avropada yaxın perspektivdə reaktiv yanacaq çatışmazlığı riskinin artdığını bildirib.
Eyni zamanda, Niderlandın KLM aviaşirkəti də artan xərclər səbəbindən gələn ay Avropa daxilində 160 reysi ləğv edəcəyini açıqlayıb. “Lufthansa” isə xərc təzyiqləri fonunda törəmə şirkəti “CityLine”ın fəaliyyətini dayandırmaq qərarı verib.
Avropa İttifaqında neft emalı zavodları reaktiv yanacaq tələbatının təxminən 70 faizini qarşılayır, qalan hissə isə, əsasən, Yaxın Şərq və Körfəz regionundan idxal olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












