Yanacaq daşıyan maşının piyadını öldürdüyü ərazi nəzarətə götürülüb - DYP zolaq çəkəcək

Kürdəmirdə 85 yaşlı kişinin “Azpetrol”un yanacaq daşıyan avtomobilinin altında qalaraq faciəvi ölümü bu yoldan mütamadi istifadə edən sakinlərin haqlı narazılığına səbəb olub. Yerli sakinlər bildiriblər ki, prospektdə bundan əvvəl də yol qəzaları olub. Lakin yanacaq daşıyan avtomobilin təkərləri arasında can verən qocanın fəryadları insanlar üçün xəbərdalıq siqnalı oldu. Hadisənin baş verməsinin səbəbi prospektdə yolu keçmək üçün piyada keçidlərinin olmamasıdır. Ən azından yerli sakinlər belə düşünürlər.
Hadisənin baş verdiyi ərazidə Kürdəmir şəhər 5 saylı körpələr evi- uşaq bağçası yerləşir. Bu yoldan mütamadi istifadə edənlər deyirlər ki, mövcud vəziyyət illərdir ki, davam edir və bununla bağlı bu günə qədər hər hansı bir tədbir görülməyib.
Sakinlər yolu təhlükəsiz keçmək və bu kimi qəzaların baş verməsinin qarşısını almaq üçün prospektdə piyada keçidlərinin vacib olduğunu bildirirlər. DYP isə ərazidə reydlər, vətəndaşların maarifləndirməsi və profilaktik tədbirləri keçirir.
Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin rəisi (DYP) polis kapitanı Zamiq Ağayev “Report”un yerli bürosuna bildirib ki, hadisənin baş verdiyi ərazi 85 yaşlı kişinin öldüyü ərazi nəzarətə götürülüb və Yol Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən gücləndirilmiş qaydada xidmət təşkil edilib. Onun sözlərinə görə, prospektə piyada zolaqlarının çəkilməsinin vacibliyi adiyyəti üzrə məruzə edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












