Deputat Mahir Abbaszadədən Laçındakı məclislə bağlı AÇIQLAMA

“Düz 28 il laçınlılar üçün 18 may hüzn günü olub. Bu illər ərzində böyüklü-kiçikli hamımız yurd həsrəti çəkmişik. Bu ilin 18 mayını sevinclə, qürurla qarşıladıq. Laçın işğaldan azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz düşməni Laçından rədd olmağa məcbur edib”. Bu sözləri Avtosfer.az-a açıqlamasında Millət vəkili Mahir Abbaszadə bildirib. Deputat qeyd edib ki, Azərbaycan Televiziyası (AZTV) özünü ən ciddi verilişlərindən birini bu mövzuya həsr edib və rayonun nüfuzlu şəxslərinin iştirakı ilə Laçında, Güləbird kəndində çəkiliş aparıb: “Mən də çəkilişin iştirakçısı olmuşam. Bakıdan gətirdiyimiz azuqə ilə orada adi nahar süfrəsi təşkil etmişik. Hətta bu, çəkiliş başlamamış olub. Çünki uzun yol gəlmişdik. Nahar edib, sonra çəkilişə başladıq. süfrəmizdə spirtli içki olmayıb: bunu oradakı keçmiş döyüşçülər, müharibə veteranları, həmçini digər TV kanllarının əməkdaşları da təsdiq edərlər. Yaxınlıqdakı bulaq da “Humay” bulağı adlanır, şəhid bulağı yox. Laçınlılar öz ata-baba ocaqlarına sevinclə qayıdırlar. Bu torpaq uğrunda şəhid olanlara ehtiramımız böyükdür”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












