Yol polisindən plyonka ilə bağlı daha bir - AÇIQLAMA

DİN-in Baş DYP İdarəsinin Xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Avtosfer.az-a bildirib ki, avtomobillərin yan şüşələrində görünüşün məhdudlaşdırılması ilə bağlı istər “Yol hərəkəti haqqında” milli qanunvericiliyə, istərsə də AZS 122-2004 saylı standarta əlavə və dəyişikliklər edilməyib. Hazırda qüvvədə olan hüquq normalarına əsasən, yalnız avtomobillərin arxa yan şüşələrində mövsümlə əlaqəli pərdə və jalüzlərdən istifadəyə icazə verilir. Lakin təəssüflər olsun ki, əsasən gənc sürücülər tərəfindən bu qaydalardan sui-istifadə hallarına yol verilir, mövsümlə əlaqədar icazə tətbiq olunarkən nəqliyyat vasitələrinin nəinki qabaq yan şüşələrinə, hətta alın şüşəsinə də görünüşü məhdudlaşdıran örtüklər çəkilir.
"Bir daha qeyd edirik ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Salyanda avtomobilin arxa yan şüşələrində görünüşü məhdudlaşdıran örtükdən istifadə etdiyi üçün sürücünün cərimələnməsi ilə bağlı internet xəbər sayıtlarında yayılmış məlumatla əlaqədar olaraq isə bildiririk ki, barəsində inzibati tənbeh tətbiq edilmiş sürücü tərəfindən deyilən fikirlər həqiqəti əks etdirmir və bu məsələ ilə bağlı mövcud video materialla ziddiyyət təşkil edir. Belə ki, "Mercedes" markalı, 99-KJ-823 dövlət nömrə nişanlı avtomobilin məhz qabaq qapılarının şüşələrinə qanunla tətbiqinə icazə verilməyən plyonka çəkildiyi üçün həmin nəqliyyat vasitəsi Salyan DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları tərəfindən sürücünün iştirakı ilə qabaq yan şüşələrə çəkilmiş plyonkalar sökülmüş və sürücü barəsində qanuna müvafiq tədbir görüldükdən sonra nəqliyyat vasitəsi buraxılıb".
Qeyd edək ki, sürücü Rafiq Eldar oğlu Quliyev bildirib ki, 99 YP 563 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan inspektorlar onun idarə etdiyi "Mercedes" markalı, 99 KJ 823 dövlət nömrə nişanlı avtomobili arxa yan şüşələrdə plyonka olduğu üçün cərimə meydançasına aparıb. Daha sonra DYP bölməsində sürücüyə 150 manat cərimə yazılıb. Az sonra sürücü 99 YP 562 nömrəli patrul avtomobilində xidmət aparan Raqif adlı polis zabitinə yaxınlaşaraq maşının buraxılmasını istəyib. Lakin polis zabiti bildirib ki, onun icazəsi olmadan maşın buraxıla bilməz, avtomobil orada ən azı 3 saat qalmalıdır.


Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO














