Zahid Orucdan lizinq şirkətləri ilə bağlı TƏKLİF

Milli Məclisdə çıxış edən Zahid Oruc lizinq sektorunun ölkədəki mövcud vəziyyətini tənqid edib və bir sıra təkmilləşdirmə təklifləri səsləndirib.
Avtosfer.az-ın məlumatına görə, o bildirib ki, Azərbaycanda lizinq fəaliyyəti əsasən kənd təsərrüfatı texnikası ilə məhdudlaşır, halbuki beynəlxalq təcrübədə bu mexanizm sənaye avadanlıqları, tikinti, logistika və İKT sahələrində də geniş tətbiq olunur.
Deputatın sözlərinə görə, əsas problemlərdən biri lizinq xidmətlərinə çıxışın bütün sahibkarlar üçün bərabər olmamasıdır. Xüsusilə mikro və kiçik sahibkarlar prosedurların çətinliyi və məlumat çatışmazlığı ilə üzləşirlər.
O həmçinin lizinq müqavilələri barədə maarifləndirmənin zəif olduğunu vurğulayıb və sahibkarların bu maliyyə alətinin üstünlükləri barədə daha çox məlumatlandırılmasının vacibliyini qeyd edib.
Beynəlxalq təcrübəyə toxunan Oruc Avropa ölkələrində və Özbəkistanda lizinqin iqtisadiyyatda daha geniş və bank sektoru ilə inteqrasiya olunmuş şəkildə tətbiq olunduğunu bildirib.
Sonda o, aşağıdakı əsas təklifləri irəli sürüb:
- lizinq əməliyyatlarına vergi güzəştlərinin tətbiqi,
- mikro və kiçik sahibkarlar üçün sadələşdirilmiş mexanizmlərin yaradılması,
- regionlarda prosedurların əlçatanlığının artırılması,
- istehlakçı hüquqlarının gücləndirilməsi,
- dövlət-özəl tərəfdaşlığı və risk paylaşma fondlarının genişləndirilməsi.
Çıxış edən deputat ümumilikdə layihənin iqtisadi artıma və investisiya mühitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini bildirib və sənədə dəstək verəcəklərini qeyd edib./bakivaxti.az
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












