Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirilib - FOTO

Zaqatala Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları karantin rejimindən irəli gələn qayda və tələblərə riayət olunmasının təmini məqsədilə şəhər ərazisində birgə nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, keçirilən tədbirlər zamanı COVID-19 pasportu tələb edilən ictimai iaşə obyektlərində, kafe və restoranlarda müştərilərin, eləcə də xidmət personalının peyvənd sertifikatları yoxlanılıb. İkinci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatının fevralın 15-dən qüvvədən düşdüyü diqqətə çatdırılıb. Bu səbəbdən onların qeyd edilən məkanlara yalnız qüvvədə olan vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaqları izah olunub. Həmçinin, mağazalarda tibbi maskadan istifadə etməyən alıcı və satıcılar müəyyən edilib, onların barəsində inzibati qaydada tədbir görülüb.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












