Torbada narkotik satan şəxs HƏBS EDİLDİ - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat zamanı rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan əvvəllər bir neçə dəfə məhkum edilmiş şəhər sakini Yusif Həbilov tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı Y.Həbilovdan sellofan torbada satış məqsədilə külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Y.Həbilov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ













