Zəfər yolunun tikintisi zamanı 40-dan çox abidə aşkarlanıb

Qarabağda çəkilən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb. Bildirilir ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4 km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir. Qeyd edilib ki, çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir.
Həmçinin inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı km-də, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 km şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edib. Eyni zamanda Quruçayın və Köndələnçayın Füzuli rayonu ərazisindəki sahilləri Tunc dövrünün (e.ə. III-II minilliklər) yaşayış yerləri və qəbir abidələri ilə zəngindir.
Beləliklə, yalnız bir gün ərzində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilmiş və bir neçə yeni abidə aşkar olunub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












