Zəngilan Beynəlxalq Hava Limanı bölgə üçün əhəmiyyətli layihədir - VİDEO

Bu il istifadəyə veriləcək Zəngilan Beynəlxalq Hava Limanı həm beynəlxaq, həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Bu hava limanı yalnız yerli deyil, adından da göründüyü kimi beynəlxalq uçuşları da yerinə yetirəcək.
Avtosfer.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək.
Vüqar Bayramov deyib ki, Zəngilan Beynəlxaq Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.Bundan sonra hava limanı şərq-qərb,şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək.
Millər vəkili bildirib ki, Zəngilanın turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir.
Qeyd edək ki, müasir standartlar əsasında inşa ediləcək Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bununla da Zəngilan ermənilərin xarabalığa çevirdiyi rayondan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










