Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək

Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı xarici KİV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan "Orta Dəhliz" layihəsi çərçivəsində Asiya ilə Avropa arasında marşrutların genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
V.Qasımlı qeyd edib ki, Azərbaycan "Orta Dəhliz" layihəsi üzrə tərəfdaşları ilə birgə şərq və qərb istiqamətlərində dəmiryol yükdaşımaları sahəsində əməkdaşlıq qura bilər:
"Bakı artıq Naxçıvana gedən dəmir yolunun Azərbaycan hissəsinin tikintisinə başlayıb. Beləliklə, Zəngilan rayonu regional nəqliyyat qovşağına çevriləcək. Bununla əlaqədar beynəlxalq hava limanının və avtomobil yollarının tikintisi planlaşdırılır".
O əlavə edib ki, Türkiyə və İran da regionda əlaqələrin bərpa olunmasında maraqlıdır./trend
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












