Zəngilanda yeni səpilən palıd toxumları cücərib - FOTO

“Bu ilin yaz ağacəkmə mövsümündə Zəngilan rayonunda səpilən şabalıdyarpaq palıd toxumları artıq cücərib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Zəngilanda ilk dəfə səpilmiş bu toxumların artıq pöhrələrini görürük”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
“Yaşıl Marafon” kampaniyası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ağac əkərək zəhməti keçən hər kəsə- dövlət qurumlarının nümayəndələrinə, könüllülərə, o cümlədən ağacəkmə tədbirində iştirak edən, işıqlandıran media nümayəndələrinə dərin təşəkkürlərimizi bildiririk. Qürurlanırıq ki, gözəl Qarabağımızın uzun həsrətdən sonra ayaq basdığımız torpaqları bu xırda fidanlarla, xəfif cücərtilərlə çəmənzara çevrilir və Qarabağın gözəlliyinə gözəllik qatılır” - deyə nazirlik rəsmisi əlavə edib
Qeyd edək ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu yaz mövsümündə Zəngilanda 2 500-dən çox ağac əkilib, 200 kq-dan artıq toxum səpilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












