Avtomobil erasının yeni dövrü: 10 dəfə daha uzunömürlü akkumulyator təqdim edildi - ARAŞDIRMA

Uzun müddətdir bir sıra şirkətlər tərəfindən daha uzunömürlü avtomobil akkumulyatorlarının istehsalı üzərində araşdırmalar aparılır. Artıq bununla əlaqədar xoş xəbər var.
Avtosfer.az xəbər verir ki, enerji saxlama texnologiyalarında mühüm yenilik baş verib. Nəhəng batareya şirkəti tərəfindən təqdim edilən yeni avtomobil akkumulyatorunun adi akkumulyatorlarla müqayisədə 10 dəfə daha uzun müddət işlədiyi bildirilir. Bu yeniliyin avtomobil sənayesində ciddi dəyişikliklərə səbəb olacağı gözlənilir.
Batareya texnologiyaları sahəsində fəaliyyət göstərən “Unigrid” şirkəti qurğuşun-turşu akkumulyatorlarına alternativ olaraq birbaşa istifadə edilə bilən 12 voltluq natrium-ionlu avtomobil batareyasını təqdim edib. “Na⁺ Fleet” adlanan yeni batareya heç bir texniki dəyişiklik və ya modifikasiya tələb etmədən mövcud avtomobil sistemlərinə uyğun şəkildə işləyir.
Şirkətin yaydığı məlumata görə, natrium-ion texnologiyasına əsaslanan bu batareya ənənəvi qurğuşun-turşu akkumulyatorları ilə müqayisədə təxminən 10 dəfə daha uzun ömürlüdür və 5000-dən artıq doldurma dövrünə malikdir. Batareya texniki xidmət tələb etmir və hətta tam boş (0%) vəziyyətdə belə uzun müddət saxlanıla bilir.
Yeni nəsil akkumulyator -40°C-dən +60°C-yə qədər olan temperatur intervalında stabil və yüksək performans göstərir. Bu xüsusiyyət xüsusilə soyuq hava şəraitində avtomobillərin işə salınması zamanı yaşanan problemlərin aradan qaldırılması baxımından mühüm üstünlük hesab olunur.
Bundan əlavə, natrium-ion batareyası daha yüngül və təhlükəsiz konstruksiyası ilə də diqqət çəkir. Mütəxəssislərin fikrincə, bu texnologiya avtomobil sənayesində akkumulyatorların istismar müddəti, təhlükəsizliyi və etibarlılığı baxımından əhəmiyyətli transformasiyaya yol aça bilər.
Qeyd edilir ki, natrium-ion batareyalarının geniş istifadəyə verilməsi avtomobil sahibləri üçün həm texniki xidmət xərclərini azalda, həm də akkumulyator dəyişmə intervalını xeyli uzada bilər.
Eltac Zülfüqaroğlu
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












