Deputat parklanmaya görə cərimənin daha da artırılmasını təklif edib

Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması üçün 20 manat cərimə nəzərdə tutulub. Bu, çox azdır.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda İnzibati Xətalar Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, enerji doldurma məntəqələrinin sayı azlıq təşkil edir: "Hər hansı şəxs avtomobilini orada saxlayıb gedir. Gün ərzində parklanmaya görə 20 manata yaxın pul ödəyirik. O baxımdan düşünürlər ki, bu cərimə bir şey edəsi deyil. O zaman xeyli sayda elektrikli avtomobil enerji doldurmaqdan məhrum olur. Bu baxımdan həmin cəriməni 40 manat etsək, yaxşı olar".
(APA)
Bayramda uzaq yola çıxanlara DYP-dən çağırış; bu qaydalara əməl edin - VİDEO
Yol vermək bəzi sürücüləri niyə qorxudur? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO
Torpaq sahələrindən səmərəsiz istifadə; Bakıda bu amil tıxaca səbəb olur? – EKSPERT
“Azərbaycanda sürücü piyadadan qorxur” – Mütəxəssisdən sərt AÇIQLAMA - VİDEO
Avtobus zolağı ilə hərəkətə hansı hallarda icazə verilir? – EKSPERT AÇIQLADI – VİDEO
Dayanma zamanı bu səhv ölümcül nəticələrə səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Dönmə və zolaq dəyişmədə sürücülər hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS - VİDEO
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT








