İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? - AÇIQLAMA - VİDEO

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub.
Görüntülərlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, artıq aradan qaldırılıb: “Qurban bayramı münasibətilə Cəlilabad RİH tərəfindən 1800 şəhid, qazi və aztəminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə yol verilib. İsti hava olduğundan sellofana yığılan və çatdırılma zamanı ləngiyən bayram payında problem yaranıb. Bir neçə nəfərə çatacaq ət keyfiyyətini itirib. Problem dərhal aradan qaldırılıb, həmin qurban payları yenisi ilə əvəz olunub”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI













