Köhnə təkərlərin təmir edilərək işlədilməsi təhlükəlidir? - VİDEO

Son vaxtlar sosial şəbəkələrdə yayılan görüntülərdə köhnə, istifadəyə yararsız avtomobil təkərlərinin ustalar tərəfindən təmir edilərək yenidən istifadə üçün yararlı vəziyyətə gətirildiməsi müzakirələrə səbəb olub. Bu proses həm ətraf mühitin qorunmasına, həm də iqtisadi cəhətdən qənaətə ciddi töhfə verir.
Avtosfer.az xəbər verir ki, təkər yeniləmə prosesi (protektorlanma) zamanı köhnə təkərlərin səthi xüsusi texnologiya ilə soyulur, daha sonra üzərinə yeni protektor çəkilir. Bu isə təkərin ömrünü azı bir dəfə daha uzatmağa imkan yaradır. Mütəxəssislərin fikrincə, bu üsul yeni təkər almaqdan 30-50% daha ucuz başa gəlir.
Ətraf mühitin mühafizəsi sahəsində çalışan ekspertlər bildirirlər ki, bu cür təşəbbüslər zibil poliqonlarına atılan təkərlərin sayını azaldır, havaya zərərli tullantıların yayılmasının qarşısını alır və təbiətin yükünü yüngülləşdirir. Xüsusilə də təkərlərin yandırılması zamanı yayılan toksik maddələr insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bu sahədə çalışan ustaların sözlərinə görə, təkərin yenidən istifadəyə yararlı olub-olmaması peşəkar baxış və texniki testlər əsasında müəyyən olunur. "Əgər təkərin karkası sağlamdırsa, onu yenidən protektorlayaraq istifadəyə yararlı etmək mümkündür", – deyə bu sahədə 10 ildən artıq təcrübəsi olan ustalardan biri bildirir.
Bununla belə, bəzi sürücülər hələ də bu təmir olunmuş təkərlərə şübhə ilə yanaşır. Lakin doğru şəkildə təmir edilən və balanslaşdırılan təkərlər həm təhlükəsizlik, həm də davamlılıq baxımından qənaətbəxş nəticə verir.
Bu təşəbbüs Azərbaycanda da geniş yayılsa, həm sürücülər üçün qənaətli bir alternativ yaranacaq, həm də tullantıların idarə olunmasında əhəmiyyətli bir addım atılmış olacaq.
Eltac Zülfüqaroğlu
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












