Qəzaların qarşısını almaq üçün bu qaydaya əməl etməlisiniz - VİDEO

Yolda təhlükə hər zaman açıq şəkildə görünmür. Bəzən bir neçə saniyə öncədən vəziyyəti düzgün qiymətləndirmək ağır yol-nəqliyyat hadisəsinin qarşısını ala bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov bununla bağlı sürücülərə vacib məqama diqqət çəkməyi tövsiyə edib.
Onun sözlərinə görə, iki avtomobil yanaşı hərəkət edərkən qarşıdakı avtomobil piyadaların görünüşünü məhdudlaşdıra bilər. Belə vəziyyətdə sürücü sürəti bir qədər azaltmalı və ayağını qaz pedalından çəkərək ehtiyatlı olmalıdır.
Əgər piyadalar qəfil yola çıxarsa, qarşı zolaqda və ya yanaşı hərəkət edən avtomobilin sürücüsü piyadanı vurmamaq üçün sükanı kəskin şəkildə sağa və ya sola çevirə bilər. Bu zaman yanındakı avtomobil üçün toqquşma riski yaranır. Lakin əvvəlcədən sürəti azaltmaq və təhlükəni ehtimal etmək həmin riski əhəmiyyətli dərəcədə azaldır.
Məşqçi bildirib ki, bu cür incə, lakin həyati əhəmiyyət daşıyan məqamlar qəza əleyhinə sürücülük kurslarında sürücülərə ətraflı şəkildə öyrədilir.
Qeyd edək ki, sürücülər hərəkət zamanı yalnız öz hərəkətlərini deyil, digər hərəkət iştirakçılarının mümkün davranışlarını da əvvəlcədən nəzərə almalıdırlar. Müdafiəedici sürücülük prinsipləri də məhz bu yanaşmaya əsaslanır.
Eltac Zülfüqaroğlu
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO












