Sığorta şirkətlərini aldatmağa çalışan sürücüləri nə gözləyir? - VİDEO

Sürücülər arasında bəzən sığorta fırıldaqçılığı halları yaşanır, burada bəzi şəxs və ya qruplar, sığorta ödənişləri almaq məqsədilə qeyri-qanuni yollarla hadisələri saxtalaşdırır. Bu tip fırıldaqçılıq, məsələn, qəsdən zədələnmiş avtomobillərin sığorta şirkətlərindən yüksək ödəniş almaq üçün təhrif edilmiş məlumatlar təqdim edilməsindən ibarət ola bilər. Belə hallarda sığorta şirkətləri zərər çəkir və bu, həmçinin digər sığorta sahiblərinin haqsız olaraq daha yüksək sığorta haqları ödəməsinə səbəb olur.
Sığorta fırıldaqçılığının qarşısını almaq üçün hüquq-mühafizə orqanları və sığorta şirkətləri davamlı olaraq bu cür halları araşdırır və cəzalandırma tədbirləri həyata keçirir.
Avtosfer.az xəbər verir ki, "Avto FM" radiosunun efirində qonaq olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupnun üzvü Emin Allahverdiyev bildirib ki, bu yaxınlarda Avropada belə bir dələduzluq halı baş verib:
“Şəxs əynində vəhşi heyvan forması, dəqiq desək, ayı forması geyinərək öz avtomobilinin üzərinə çıxmış və ona zərər vurmuşdu. Bu hadisə kamera görüntülərinə düşüb. Şəxs heyvanların hərəkəti nəticəsində dəymiş zərər üzrə təminat almaq istəyirdi, lakin avtomobilə zərər vurması aşkar edilmişdir. Təbii ki, bu şəxs layiqli cəza alıb”.
Emin Allahverdiyevin “Avto FM” radiosunun efirindəki həmin çıxışını sizə təqdim edirik:
Eltac Zülfüqaroğlu
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər












