Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO

Son günlər yol polisinin motosiklet, moped, skuter və velosiped sürənlərlə bağlı maarifləndirici tədbirlərinə, edilən xəbərdarlıqlara baxmayaraq, hələ də belə nəqliyyat vasitələrinin idarə edənlərin qayda pzomalarına şahid oluruq.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonunda avtomobilin video-registratoru vasitəsilə hadisə qeydə alınıb. Belə ki, rayonun Abdulla Şaiq küçəsində avtomobillərin arasıyla hərəkət edən skuterçilər qaydaları kobud şəkildə pozublar. Sürətlə yolun sağ tərəfiylə hərəkət edən yeniyetmələr daha sonra Bəsti Bağırova küçəsinə dönüblər. Avtomobil daha sonra İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçələri arasındakı məhəlləyə daxil olanda isə, onun kamerasına həmin yeniyetmələrin skuterdən yıxılmaları və əzilmələri düşüb. Bu azmış kimi, onlar skuter şirkətinə aid cihazı da ora-bura tullayaraq ziyan veriblər.
Skuter idarə edən şəxslər bilməlidir ki, kiçik elektrik nəqliyyat vasitələrinin velosiped yollarında hərəkətinə icazə verilir. Belə yol olduğu halda onun yanındakı digər yolla hərəkət etmək qadağandır. Əgər belə zolaqlar yoxdursa, ümumi istifadədə olan avtomobil yollarında hərəkətinə yolun sağ kənar zolağı ilə icazə verilir. Digər zolaqlardan istifadə etmək, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, qadağandır. Velosiped yollarında skuterlər saatda 20 km-dən, yaşayış zonalarında, parklarda və həyət ərazilərində isə saatda 10 km-dən artıq sürətlə hərəkət etməməlidir.
Kiçik elektrik nəqliyyat vasitəsində sərnişin daşınması qadağandır. Bir skuterdə iki nəfərin hərəkət etməsi yol hərəkəti qaydalarına uyğun deyil.
Alkoqol, narkotik vasitə, psixotrop maddə və ya güclü təsir göstərən digər maddələrin təsiri altında kiçik elektrik nəqliyyat vasitəsini idarə etmək qadağandır.
Qaydaları pozan skuter istifadəçiləri qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırıla bilər.
Səfər
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












