Sürücülər üçün XƏBƏRDARLIQ: Bu vəziyyətdə radarlar işə düşür

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərlə bağlı inzibati məsuliyyət məsələsi tez-tez müzakirə olunur. Xüsusilə bu hal yol kameraları vasitəsilə qeydə alındıqda cərimənin tətbiq edilib-edilməməsi sürücüləri maraqlandırır. Bəs, sürücülük vəsiqəsi olmadan idarəetməyə görə kamera ilə cərimə yazıla bilərmi?
Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı bildirib ki, sürücülük vəsiqəsi olmayan şəxs avtomobil idarə edərsə, bu zaman ikiqat məsuliyyət yaranır.
Vəkilin sözlərinə görə, belə hallarda cərimə həm avtomobili faktiki idarə edən, həm də nəqliyyat vasitəsini sürücülük hüququ olmayan şəxsə verən avtomobil sahibinə tətbiq olunur.
“Kamera görüntüləri əsasında müəyyən edilərsə ki, avtomobil sürücülük vəsiqəsi olmayan şəxs tərəfindən idarə edilib, bu halda həmin şəxs inzibati qaydada cərimələnir. Eyni zamanda, avtomobilini bu şəxsə etibar edən nəqliyyat vasitəsinin sahibi də məsuliyyət daşıyır və ona da cərimə tətbiq edilir”, – deyə Mehman Muradlı vurğulayıb.
Vəkil əlavə edib ki, yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə bu cür hallarda qanunvericilik kifayət qədər sərt mexanizmlər nəzərdə tutur və sürücülər məsuliyyətlərini nəzərə almalıdırlar./// KONKRET.az
Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












