Taksi sürücülərinə vahid iş qrafiki tətbiq oluna bilər

“Taksi sürücüləri üçün vahid iş qrafikinin tətbiqi mümkün deyil”.
Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib.
Ekspertin sözlərinə görə, bu sahədə həm gündüz, həm də gecə saatlarında çalışan sürücülər var:
“Taksilərin vahid iş qrafiki ola bilməz. Lakin onların işləmə müddətinə limit qoyulması mümkündür. Bu limit 6, 8 və ya 10 saat ola bilər. Əslində hazırda belə bir məhdudiyyət mövcuddur. Ona görə də vahid qrafik tətbiq etmək real deyil”.
Yasin Mustafayev qeyd edib ki, bəzi hallarda bir avtomobildən bir neçə sürücü istifadə edir. Onlar növbəli iş rejimində çalışaraq avtomobili öz aralarında bölüşə bilərlər:
“Bir avtomobil üçün bir neçə buraxılış kartı da ola bilər. Sürücülər növbəli şəkildə işləyirlər. Amma əsas şərt odur ki, bir sürücü 8 saatdan artıq sükan arxasında ola bilməz”.
Ekspert vurğulayıb ki, məqsəd sürücülərin yorğunluğunun qarşısını almaq və yol hərəkətinin təhlükəsizliyini təmin etməkdir./konkret.az
Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












